Vətəndaş İlkin Kazımov hər kəsə özünü “Bank of Baku”nun kartlarından qorumağı məsləhət görüb.
Tribunainfo.az yazır ki, şikayətçi “trendyol”dan məhsul alsa da, somradan onu geri qaytarıb. Ancaq məhsula görə geri qaytarılan ödənişi “Bank of Baku” ona tam vermir:
““Bank of Baku” Bolkart sizə də bir quş. Normal bank bilib seçmişdim (sırf Trendyol sifarişləri üçün). 121.80₼ ödədiyim ödənişin ləğvini 117.87₼ qaytardılar. Arada 3.93₼ fərqlə. Mən də, bilirəm arada valyuta tranzaksiyası olur, amma daha 3.93₼ yox da. Normalda 2035 ₺ 120₼ edir. Hələ orda da, atış gəlib 121.80 çıxdı. Məndən sizə məsləhət, özünüzü qoruyun bu bankdan. 7% keşbek “verib”, digər tərəfdən də, aldığını alır”