“Bank of Baku” müştərisini Azərbaycan Dəmir Yolları ilə düşmən edib – Şikayət

“Bank of Baku” müştərisini Azərbaycan Dəmir Yolları ilə düşmən edib – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim “Bank of Baku”dandır. Daha doğrusu, onların əlaqə mərkəzinin kömək etməməsindən. bank əməkdaşlarının bacarıqsızlığına görə mən günlərdir Azərbaycan Dəmir Yollarından istifadə edə bilmirəm.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Bank of Baku”nun yaratdığı problem səbəbindən pis vəziyyətdə qalan Nəriman Abbasov yazıb. O bildirib ki, bank əməkdaşları ona kömək etmir və ya problemi həll etməyi bacarmırlar:

“Deməli, ayın 28-i Azərbaycan Dəmir Yollarıda Google Pay vasitəsilə ödəniş etmişəm, ayın 29-u sistem 1 AZN silməli idi, lakin balans olduğu halda imtina gəldi. Dost Bankda ümumiyyətlə bu tranzaksiya yoxdur. Google Walletdə imtina gəlib və mən daha ADY-da ödəniş edə bilmirəm. Çünki qara siyahıya saliblar məni. Mənim 29 iyun tarixində müraciətimdən sonra bank zəng edib məni şərləyib ki, özün tədbiqdə limit təyin etmisən. Məcburən skrin edib onlara WhatsApp-a göndərdim ki, təyin etməmişəm və onların əlaqə mərkəzinin təmsilçisi Elvin söz verdi ki, həll olunacaq, ancaq həll olunmadı. Sonra mesaj gəlib ki, icraçı Bahar Rəhimovadır. Bir sözlə, bankın 3 əməkdaşı neçə gündür problemi həll edə bilmirlər və mən ADY-dən istifadə edə bilmirəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar