“Bank of Baku” müştərisindən şikayət: “Lazımsız bankdır”

“Bank of Baku” müştərisindən şikayət: “Lazımsız bankdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku”nun müştərisi sözügedən bankdan, onun xidmətlərindən və fəaliyyətindən narazıdır.

Tribunainfo.az xəbər verir ki, bank müştərisi olan Lamine Yamal adlı şəxs “Bank of Baku”dan hara şikayət edəcəyini də bilmir:

“Bu bankdan hara şikayət etmək olar? Çağrı mərkəzləri 1 saata açır zəngi, operatorlar mesaja baxmır, baxsalar da cavablamadan danışığı bitirir. 32 gündür kartımdan çıxılan məbləğ hələ də geri qayıtmayıb. Problemləri bitmir bu bankın. Bank kimi fəaliyyətləri lazımsızdır. Bağlanıb gedib BOKT kimi fəaliyyət göstərsələr daha yaxşı olar”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman