“Bank of Baku” müştərisi şikayətçidir – Foto

“Bank of Baku” müştərisi şikayətçidir – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku”nun debet kartını alan bank müştərisi peşman olub. O bildirib ki, sözügedən bankın debet kartına qoyduğu puldan komissiya tutulur.

Tribunainfo.az yazır ki, bu barədə şikayətçi Ramilə Mahmudova sosial şəbəkədə yazıb. O bildirib ki, bu barədə ona heç bir məlumat da verilməyib:

““Bank o Baku”, mən sizdən debet kart aldım ki, pulumu içində rahat saxlaya bilim. Bəs siz mənim öz kartıma qoyduğum puldan niyə komissiya tutursunuz? Hər 200 manata 2 azn pul tutsanız daha nə mənası oldu? Özü də xəbərdarləq eləmədən haqqınız varmı? Niyə mən ən sonda çek çıxanda bilməliyəm ki, qoyduğum məbləğdən nə qədəri kartıma oturdu, nə qədəri yox”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar