“Bank of Baku” müştərilərin suallarını cavablandırmaqdan qaçır – Şikayət

“Bank of Baku” müştərilərin suallarını cavablandırmaqdan qaçır – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku” debet kartı verib hər ay fərqli şərtlər irəli sürər, üstəlik problem yarananda da müştərilərlə danışmaq istəmir.

Tribunainfo.az xəbər verir ki, bu problemlə “Bank of Baku” müştərisi Əli İsmayılov üzləşib. O bildirib ki, bu bank debet kart istifadəçiləri üçün zəng dəstəyini ləğv edib:

““Bank of Baku” bu aydan debet kart istifadəçilərinə saytları üzərindən canlı operator zəng dəstəyini ləğv edib. Əvəzinə whatsapp üzərindən botlara yazmağı tövsiyə edir. Halbuki botlar lazımi cavabları verə bilmir və ya vermirlər. “Yello bank”da da eyni haldır. Debet kartı verib hər ay fərqli şərtlər irəli sürən banklar müştəriləri ilə danışmaq istəmir, danışmaqdan qaçırlar”.

Yazıda adı çəkilən bankların mövqeyini işıqlandırmağa hazırıq.

Nigar