Müştərisinə maddi ziyan vuran “Bank of Baku” məhkəməyə verilib.
Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı Vilanganattu Samirə Famil qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəlikləridir. İddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
Bakı Apellyasiya Məhkəməsində olan işə 10 iyul tarixində hakim Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.
Roman