“Bank of Baku” vətəndaşa vurduğu maddi və mənəvi zərərə görə məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Abbasova Günay Heyran qızı banka qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi, həmçinin mənəvi zərərin ödənilməsi ilə bağlıdır.
İşə hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılır. Növbəti proses 31 avqust tarixinə təyin edilib