“Bank of Baku” kredit bazarından çıxmağa başlayıb

“Bank of Baku” kredit bazarından çıxmağa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan banklarının əsas qazanc yeri əhaliyə verdikləri yüksək faizli kreditlərdir. Tribunainfo.az xəbər verir ki, kredit bazarında bir biri ilə rəqabət aparan bankların bəziləri duruş gətirə bilmirlər.
Belə ki, bəzi banklar ya kredit bazarında dayanıqlı strategiya quraraq, ili zərərlə vurmağa nail olsalar da, bəziləri artıq sıradan çıxmağa başlayıb. Tribunainfo.az bildirir ki, “Bank of Baku”nun bu istiqamətdə durumu ağır hesab olunur. Çünki bir qədər əvvəl krediti bazarına girən və bəzi vasitələrlə duruş gətirməyə çalışan “Bank of Baku” artıq bazarı tərk etməyə başalyaıb. Belə ki, 2024-də biznes krediti portfeli nəinki artmayıb, hətta 15 milyon manatdan çox “əriyib”. Açıq mənbələrdə qeyd edilir ki, bankın 1 yanvar 2024-cü ilə olan məlumatına əsasən kredit protfeli 148 milyon manat təşkil etsə də, 1 yanvar 2025-ci il üçün bu rəqəm 132.7 milyon manata düşüb.