“Bank of Baku”da yeni təyinatbackend

“Bank of Baku”da yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank of Baku”da yeni təyinat olub.

Bankdan verilən məlumata görə, Məmmədov Tural İlyas oğlu İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.
Qeyd edilib ki, Tural Məmmədovun ümumi peşəkar təcrübəsi 20 ildir, o cümlədən bank sektorundakı təcrübəsi 17 ildir.

O, 13 ildir “Bank of Baku”da çaılşır. Belə ki, Tural Məmmədov “Bank of Baku”da ilk olaraq Hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

Daha sonra Sahə direktoru kimi Problemli kreditlər departamentini, Hüquq departamentini və İnzibati və təhlükəsizlik departamentini kurasiya edib.