“Bank of Baku”da biznes kreditlərinin məbləğində 6 milyon manatdan çox azalmabackend

“Bank of Baku”da biznes kreditlərinin məbləğində 6 milyon manatdan çox azalma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bank of Baku” 2023-cü ildə müştərilərə 659 milyon 043 min manat məbləğində kredit verib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir.
Belə ki, bankın ötən il müştərilərə verdiyi kreditlərin məbləği 2022-ci illə müqayisədə 14,1%, yaxud da 81 milyon 509 min manat çoxdur.

“Bank of Baku”nun biznes kreditlərinin məbləği 148 milyon 087 min manat olub, bu isə illik müqayisədə 6 milyon 588 min manat, yaxud da 4,2% azalıb.
İstehlak kreditlərinin məbləği 2023-cü ildə 476 milyon 055 min manat olub, bu isə 2022-ci illə müqayisədə 19,5% çoxalıb.
Ümumiyyətlə, 2023-cü ilin birinci rübündə bankın biznes kreditlərinin məbləği 153 milyon 166 min manat olub, ikinci rübündə bu göstərici 162 milyon 258 min manat olub, üçüncü rübündə isə 157 milyon 760 min manat olub.
Xatırladaq ki, “Bank of Baku” 2023-cü il ərzində 25 milyon 458 min manat xalis mənfəət əldə edib. “Bank of Baku” 2023-cü il ərzində əldə etdiyi xalis mənfəəti 2022-ci illə müqayisədə 11 milyon 407 min manat, yaxud da 31% azalıb.  Ötən il bankın aktivləri 24,2% və ya 169 milyon 658 min manat artaraq 870 milyon 889 min manat təşkil edib.