Özünə yemək sifariş verən müştərinin kartından “Bank of Baku” 11 manat komissiya tutub.
Tribunainfo.az xəbər verir ki, bu problemlə “Bank of Baku” müştərisi Tutiyə Ağabəyli üzləşib. O bildirib ki, bankın bu qədər komissiya tutması soyğunçuluqdur:
“Şikayətim “Bank of Baku”dandır. Wolt vasitəilə yemək sifariş etmişəm. Mənə heç bir xəbərdarlıq edilmədən hesabımdan 10,98 manat komissiya haqqı tutublar. Bu cibgirlikdir, fırıldaqçılıqdır. Mən xarici saytdan sifariş verməmişəm ki, bu qədər məbləğ tutulur. Bu məsələnin sonuna kimi gedəcəyəm, çünki bu ilk belə hal deyil. Bununla da Bolkart debet kartdan imtina edirəm”.
Qeyd edək ki, “Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev, bankın Müşahidə Şurasının sədri isə Elçin İsayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar