Bank kartlarından kütləvi oğurluq… – Nə etməliyik?

Bank kartlarından kütləvi oğurluq… – Nə etməliyik?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların bank kartlarından bir gündə 21139 manat və 25 dollar oğurlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, dünən, aprelin 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 9100, 6100, 2290, 755, 755, 600, 390, 311, 204, 200, 157, 147, 80, 50 manat və 25 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.

E.Hacıyev vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir. O bildirib ki, qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə vermək olmaz, çünki təhlükə var.

Nigar İxtiyarqızı