15 oktyabr 2024-cü il tarixində bəzi sosial şəbəkələrdə və xəbər saytlarında Azərikard Prosessinq Mərkəzində əməliyyatların keçirilməsində çətinliklərin yaranacağı ilə əlaqədar yayılan xəbərlər həqiqəti əks etdirmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azərikard”dan məlumat verilib.
“Məlumat üçün bildirmək istərdik ki, il ərzində proseslərin təkmilləşdirilməsi məqsədilə planlı işlərin keçirilməsi nəzərdə tutulur. Bu da öz növbəsində prosessinq fəaliyyətində tam şəkildə çətinliklərin olacağı ilə nəticələnmir.
“Azərikard” tərəfindən planlı yenilənmə işləri zamanı qısa təsir altına 3DS, SMS, Kart transfer və bəzi interfeys sistemləri düşə bilər. Əsas kanallar üzrə (POS, ATM) bank kartlarının fəaliyyətində hər hansı çətinlik olmayacaq”, – deyə “Azərikard”dan bildirilib.