“Bank VTB (Azərbaycan”ın əməkdaşı bankı məhkəməyə verib.
Tribunainfo.az xəbər verir ki, bankla bağlı iddianı işdən çıxarılan əməkdaş Məmmədov İlqar Aydın oğlu qaldırıb.
İşin mahiyyəti əmək mübahisəsidir. İşdən çıxarılan əməkdaş işə bərpasını tələb edir.
Bakı Apellyasiya Məhkəməsində baxılacaq işlə bağlı ilk proses 2 sentyabr tarixində keçiriləcək. İş hakim Xumar Mərdanovanın icraatındadır.
Nigar