Aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə ərazq yardımları etməklə özünün reklamı ilə məşğul olan “Bank BTB” digər tərəfdən də imkansızlıq səbəbindən kredit borcu yaranmış ailələri məhkəməyə verir, bir çox ailənin isə mənzilini əlindən almağa çalışır.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Bank BTB”-nin qarşıdakı 30 gün ərzində 100-dən çox vətəndaşla 39-a qədər məhkəmə çəkişməsi var. Bu proseslərdən əksəriyyətində “Bank BTB”-nin imkansızlıq səbəbindən kredit borcunu ödəyə bilməyən ailələrə qarşı qaldırdığı iddialardır.
Növbəti belə iddianı bank vətəndaş Ağayev Ramin Nizami oğluna qarşı qaldırıb. “Bank BTB” vətəndaşı evindən çıxararaq mənzilini əlindən almaq istəyir.
İşə hakim Fuad Babayevin sədrliyi ilə baxılacaq.
“Bank BTB”-nin vətəndaşlarla problemi təkcə bununla yekunlaşmır. Hakim Səadət Səlimovanın sədrliyi ilə bir baş tutacaq digər proses 8 nəfərə qarşıdır. Bank mülkiyyət hüququ ilə bağlı yaranmış mübahisəyə görə, Əmircanov Orxan, Əmircanov Qabil, Əmircanov Turxan, Rizayeva Xətayə, Nadirova Əfsanə, Həsənova Sevinc, Nadirov Əli, Həsənovanı məhkəməyə verib.