Bank “BTB” və “Əmlak Hərrac Mərkəzi” MMC ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, hər iki cəmiyyətlə bağlı iddianı Alışanlı Ülvi Asif oğlu qaldırıb. Cavabdeh qismində Bərdə rayon İcra və probasiya şöbəsi də işə cəlb edilib. Prosesdə maraqlı tərəf kimi isə Məhərrəmova Aygün Kamil qızı iştirak edir.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. Bank “BTB” ipoteka müqaviləsinin şərtlərinə əməl etməyib.
İş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. 15 oktyabr tarixində hakim Mustafa Mustafayevin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən Bank “BTB”nin İdarə Heyətinin sədri Eldəniz Hüseynovdur. Müşahidə Şurasnın sədri isə Rza Sadiqdir.
Tərəfləri dinləməyə hazırıq.
Nigar