BANK BTB MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ…39 İŞ, İDDİALAR VƏ… – ARAŞDIRMAbackend

BANK BTB MƏHKƏMƏ ÇƏKİŞMƏLƏRİNDƏ…39 İŞ, İDDİALAR VƏ… – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə bankların vətəndaşlarla məhkəmə çəkişmələri günbəgün artmaqdadır. Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, onlardan biri – Bank BTB-in təkcə dekabrda 39 məhkəməlik işi var. Bəlli olur ki, onlardan dördü Abşeron rayonuna düşür. Həmçinin, Xətaidə, Yasamalda 4, Gəncə kommersiya məhkəməsində 2, Sumqayıt Apelyasiya məhkəməsində 1 məhkəmə işi var. Bundan başqa, Suraxanıda 5, Binəqədidə 2, Sabunçuda 1, Bakı Apelyasiya Məhkəməsində 6, Naxçıvan şəhər Məhkəməsində 1, Sumqayıt, Gəncə şəhərlərinin məhkəmələrində iki-iki məhkəmə işləri mövcuddur.
Eyni zamanda, Quba, Siyəzən, Bakı inzibati, Şuşa, Bakının Nəsimi və Nizami rayonlarında da Bank BTB-nin vətəndaşlarla məhkəmə mübahisəsi var. Məhkəmə proseslərində bəzilərinə cavabdeh bank olsa da, bəzilərində isə iddiaçı tərəfdir. Ümumilikdə onlardan 26 – sı mülki iş, 5-i kommersiya mübahisələri, 6-sı məhkəmə qətnamələrinin icrası, 1-i İnzibati mübahisələrə dair iş, 1 isə Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlərdir.

Tribunainfo.az