“Bank Avrasiya” ötən günləri qaytara bilmir – Mənfəətdə milyonluq azalma!

“Bank Avrasiya” ötən günləri qaytara bilmir – Mənfəətdə milyonluq azalma!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ilin I rübündə “Bank Avrasiya”nın xalis mənfəəti 1 milyon 201 min manat təşkil edib.

Valyuta.az banka istinadən vəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,8% azdır.

“Bank Avrasiya”nın faiz gəlirləri bu ilin I rübündə 3 milyon 599 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,9%, yaxud da 268 min manat azdır. Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 min manat, yaxud da 6,3% azalaraq 529 min manat təşkil edib.

Hesabat dövründə bankın faiz xərcləri 605 min manat olub. Bu, 2023-cü illə müqayisidə 23,9% çoxdur. Bankın qeyri-faiz xərcləri isə 1 milyon 659 min manat olub. Bu, 2023-cü illə müqayisədə 6,9% azdır.

“Bank Avrasiya”nın əmək haqqı və digər kompensiya növləri üzrə xərcləri 741 min manat olub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7% azdır.

Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.

“Bank Avrasiya”nın aktivlərinin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 570 min manat, yaxud da 0,3% azalaraq 183 milyon 967 min manat təşkil edib. Bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin məbləği 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə  34,8% artaraq 36 milyon 085 min manat olub.

“Bank Avrasiya” 2024-cü ilin I rübündə müştərilərə 121 milyon 849 min manat xalis kredit verib, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 272 min manat, yaxud da 1,8% azdır. Bankın öhdəliklərinin dəyəri 102 milyon 291 min manat təşkil edib. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azdır.

Hesabat dövründə bankın depozitlərinin məbləği 50 milyon 327 min manat olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur. Bankda fiziki şəxslərin depozitlərinin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 46 milyon 268 min manat təşkil edib. Hüquqi şəxslərin depozitləri isə 1 milyon 976 min manat azalaraq 4 milyon 58 min manat olub.

2023-cü il aprel ayının 1-nə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.5% və ya 1 milyon 237 min manat artaraq 81 milyon 675 min manat təşkil edib.