“Bank Avrasiya” ASC bu ilin I yarısı üzrə hesabatını açıqlayıb. Tia.az hesabata istinadən xəbər verir ki, Bank 6 ayı 4,645 milyon manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,7% və yaxud 4,243 milyon manat azdır.Belə ki, 2017-ci ilin I yarısında Bank 8,888 milyon manat mənfəət əldə etmişdi.
6 ay ərzində “Bank Avrasiya”nın faiz gəlirləri 6,044 milyon manat, faiz xərcləri 1,371 milyon manat, qeyri-faiz gəlirləri 632 min manat, qeyri-faiz xərcləri 2,221 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət iisə 1,56 milyon manat təşkiledib.
Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 169,444 milyon manat olub ki, bu da illik müqayisədə 6,1% çoxdur. Bunun 77,135 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4% kiçilib.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 8,1% artaraq 105,763 milyon manata çatıb. Bunun 57,624 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1ildə Bankın deposit portfeli demək olar ki, dəyişməyib.
İl ərzində “Bank Avrasiya”nın balans kapitalıisə 2,9% artaraq 63,681 milyon manat təşkil edib.