Yerli banklar illik hesabatlarını açıqlamağa başlayıblar. Tribunainfo.az xəbər verir ki, bankların bir çoxunun durumu ağır hesab oluna bilər.
Belə ki, bəzi banklar hər nə qədər fəaliyyətlərini artırsalar da, ötən ilə nisbətən ya zərərli çıxıblar, ya da gəlirlərində ciddi azalma var. Onlardan biri də “Bank Avrasiya”dır.
Hesabatlardan belə məlum olur ki, sözügedən bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1% (1 milyon 5 min manat) azalaraq 136 milyon 164 min manata bərabər olub.
Bankın kredit portfelinin 14 milyon 507 min manatını istehlak kreditləri, 62 milyon 480 min manatını biznes kreditləri, 59 milyon 177 min manatını isə ipoteka kreditləri təşkil edib.
Qeyd edək ki, “Bank Avrasiya” ötən rübü də zərərlə başa vurmuşdu. Tribunainfo.az-a daxil olan məlumatlarda deyilir ki, bankın rəhbərliyi yaranmış vəziyyəti, habelə yola davam edib-etməmək məsələsini müzakirə etmək qərarına gəlib. Ehtimal olunur ki, hazırkı rəhbərlik dəyişdirilsin.