“Bank Avrasiya” 9 ayda milyonlar itiribbackend

“Bank Avrasiya” 9 ayda milyonlar itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Avrasiya”nın son hesabatından məlum olub ki, bank ağır dövrünü yaşayır. Tribunainfo.az xəbər verir ki, bu ilin yanvar-sentyabr ayları ərzində bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə 11,9% azalaraq 3 milyon 483 min manat təşkil edib. Halbuki, elə keçən ilin eyni dövründə də uğurunun böyük olmasını demək mümkün deyil.
Belə ki, 2023-cü ilin müvafiq dövründə bank 3 milyon 952 min manat xalis mənfəət əldə etmişdi.
Amma bankın problemləri bununla bitməyib. Hesabat dövründə bankın faiz xərcləri də 33% azalaraq 1 milyon 698 min manata düşüb. Paralel olaraq, qeyri-faiz xərcləri də 3.3 faiz araraq, 5 milyon 996 min manata çatıb. Nəticədə, bankın əməliyyat mənffəti ötən ilin eyni dövrü ilə müqayisədə 10.2 faiz azalıb.
“Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) də azalıb. Məlum olub ki, son 9 ayda bu rəqəm 351 min manat azalaraq 136,8 milyon manata bərabər olub.
Qeyd edək ki, “Bank Avrasiya”nın 3 səhmdarı var. Buraya “YEVRO STANDART” MMC və “PMD GROUP” MMC hər biri 37.5% olmaqla öncüllük edirlər. “AZBİZNESKOM” MMC isə üçüncü səhmdardır, onun payı isə 25.0 faiz təşkil edir.