“Bandotdel”dən 3 şəhərdə əməliyyat: tutulanlar var – VİDEObackend

“Bandotdel”dən 3 şəhərdə əməliyyat: tutulanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakı, Sumqayıt və Balakəndə silsilə əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən bildirilib ki, əməliyyatlar zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov”  avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Faktlarla əlaqədar cinayət işləri başlanılıb. Adçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. İstintaq davam etdirilir.