Ağ balıq, Bölgə balığı, xalq arasında (Beluqa) kimi tanınan bu balıq növü bir çox bazarlardan İrandan gətirildiyi deyilir. Əksər balıqların da akvariyum və hövzələrdə yetişdirildiyi satıcılar tərəfindən etiraf edilir. Beluqa alarkən nələrə diqqət etməliyik?
Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən qida mütəxəssisi, qida üzrə ekspert Ağa Salamov bildirib ki, ölkəyə idxal olunan hər bir məhsulun mənşə sertifikatı olmalıdır. Bu birmənalı olaraq belə olmalıdır.
Bunun səbəbini açıqlayan A. Salamov qeyd edib:
“Çünki AQTA-nın gömrükdə nümayəndələri var. Ölkəyə idxal olunan bütün qida məhsullarından şahid nümunələr götürülür və analizlər aparılır. Uyğunsuzluq aşkar edildikdə, təbii ki, ölkəyə girişinə qadağa qoyulur. Əgər Beluqanın mənşə sertifikatı varsa, və bunu təqdim edə bilirsə, təbii ki, məlum olur ki, bu göldə yetişdirilir və yaxud dənizdən tutulub. Yaxud da İrana da başqa ölkədən gətirilə bilər. Yoxlanışda məlum olursa ki, bikrobioloji çirklənmə yoxdur, Qida zəhərlənməsinə yol açan heç bir parazitlər və s. aşkarlanmırsa, satışına icazə verilir”.
Ekspert daha vacib bir məqama toxunaraq deyib:
“Amma bu bəs etmir. Ölkədə bunu qəbul edən insan hansı şəraitdə saxlayır? Bax, məsələ burasındadır. Məsələn, piştaxtalarda baxırıq ki, Beluqalar buzun içində deyil. Elə təhlükədə buradadır. Çox vaxt deyirik ki,” gömrükdən keçdi, hara baxır AQTA, zəhərlənmə oldu”. Bu yanaşma düzgün deyil. Çünki AQTA gömrüyə qədər cavabdehdir. Düzdür, piştaxdada da cavabdehdir amma, bəzən görürük ki, maarifləndirmə işlərindən nəticə çıxarmayan sahibkarlar var. Bunların da çoxu balıqsatanlardır. Məsələn, Keşlə bazarında elə satıcı var ki, buzun içində saxlayır balığı, eləsi də var ki, buzun içində saxlamır. Burada, Mühit temperaturuna düşən balıqların istənilən növü artıq bakterial çirklənməyə məruz qalır. Qida zəncirinin sonunda gətirib istehlakçının zəhərlənməsinə səbəb olur. Balığı bazarda qəbul edən satıcı onu düzgün şərtlər altında saxlamalıdır. Ya soyuducuda saxlamalıdır, ya da buzun içində… Soyuq zəncirə qırılma Baş verirsə, uzun müddət hava-mühit temperaturunda qalırsa, hava-damcı yolu ilə gələn bakteriyalara da açıq olur. Eyni zamanda öz tərkibində də bakterial çirklənmə yükü çoxalır”.
İstehlakçıların diqqət etməli məqamlarına toxunan Ağa Salamov sonda vurğulayıb:
“Balıqdan pis qoxu gəlməməlidir. Beluqada pul olmur. Pullu balıqlarda pulun tökülməsinə diqqət etməlidirlər. Əlimizi üstünə vuranda, batıq öz yerini almalıdır. Bu artıq mütün mütəxəssislərin dediyi sözdür. Orqanoleptik analizlərdir. İstehlakçı bunu aparmağı bacarmalıdır. Balığı qoxladıqda, yosun qoxusu kimi qoxu gəlməlidir. Sərt və kəskin qoxu olmamalıdır. Xarab olmuş, iylənmiş qoxu gəlməməlidir. Və ən əsası, yenə də qeyd edirəm, piştaxtada buzun içində olmalıdır. Yaxud da maksimum müsbət 4 soyuducusunda olmalıdır. Bu zaman təhlükə yoxdur. Əgər, balıq 72 saatdan uzun müddətdə qalır, satılmırsa, Hər ehtimala qarşı deyirik, soyuducuda 3-4 günlərlə saxlanılırsa da burada da zəhərlənmə baş verə bilər. 72 saatdan çox qalan balıq artıq məhv olunmalıdır. Ona görə də satıcı elə tənzimləməlidir ki, soyuducuda belə saxladığı balığı 72 saat müddətində satıb tükətməlidir ki, istehlakçılara da problem olmasın”.
Dəniz Pənahova