“BALASANYANLARIN CANINA VƏLVƏLƏ DÜŞÜB” – HÜQUQ MÜDAFİƏÇİSİ

“BALASANYANLARIN CANINA VƏLVƏLƏ DÜŞÜB” – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaqif Çərkəz oğlunun aqibətini Xocalıda cinayət törətmiş digərləri də yaşayacaq. Respublika Prokurorluğunda istintaq materialları, adlar, siyahılar var. Əli xalqımızın qanına batmış, qoca, körpə bilmədən əliyalın insanları qəddarlıqla öldürmüş terrorçular bir-bir “Laçın” postunda müəyyən edilib məsuliyyətə cəlb olunmalıdır. Bundan sonra hərbi cinayətlər törətmiş ermənilər Qarabağdan çıxmağa qorxacaq”.


Bu sözləri Tribunainfo.az-a hüquq müdafiəçisi Xəzər Teyyublu Xocalı cəlladı Vaqif Xaçaturyanın həbsi ilə bağlı söyləyib. Onun sözlərinə görə, həbs faktı separatçıları, terrorçuları, qətliamlarda iştirak edib Xankəndidə gizlənənlər üçün xəbərdarlıq oldu: “Balasanyan, Köçəryan, Sərkisyan kimilər də mühakimə edilməlidir. Ümumiyyətlə, bu fakt ermənilərə dərs oldu ki, Azərbaycan heç bir hərbi canini əfv etməyəcək. İndisə Xaçatryan törətdiyi cinayətlərə görə ömürlük həbs cəzasına məhkum olmalıdır”.