Balasanyan: Sülh sazişi imzalanmayacaqbackend

Balasanyan: Sülh sazişi imzalanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan münasibətlərində Azərbaycan öz gündəmini diktə etməkdə davam edir”.

Tribunainfo.az xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib. O bildirib ki, rəsmi Bakı Ermənistandan onun tələblərinə qoşulmağı təklif edir. “Uzun müddətdir ki, iki ölkə arasında münasibətlərin tənzimlənməsi üçün Erməniustan tərəfindən Konstitusiyaya dəyişiklik edilməsindən danışılır. Amma məsələ bununla da bitmir. Çünki Bakı Xocalı Soyqırımının qəbul edilməsini də istəyir”.
Balasanyan iddia edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayacaq. “Sülh müqaviləsi imzalanmayacaq. Çünki Azərbaycan öz şərtlərində israrlıdır. Onlar reallaşdırılmadan belə bir şey mümkün görünmür”.