Balasanyan İrəvanda “xortladı” – terror qrupu ilə əlaqə…

Balasanyan İrəvanda “xortladı” – terror qrupu ilə əlaqə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda uzun illər separatçılıqla məşğul olmuş, son antiterror əməliyyatından sonra gizli yolla Xankəndidən Ermənistana qaçmış Vitali Balasanyan yenidən “xortlayıb”. Tribunainfo.az xəbər verir ki, dünən İrəvanda keşiş Baqratın aksiyasına qatılan Xocalı qatili bəzi açıqlamalar verib.
O iddia edib ki, hələ Qarabağda olarkən 2022-ci ilin dekabr ayının sonuna qədər Azərbaycanla danışıqlar aparıb. “Mənim danışıqlarım zamanı Azərbaycan heç nə tələb etməyib. Lakin həmin müddətdən sonra aparılan danışıqlarda iştirak etmədiyimdən nələrin baş verdiyindən xəbərsizəm”.
Balasanyan Paşinyandan vəzifə istədiyini də gizlətməyib. “11 dəfə Paşinyana müraciət etmişəm. Demişəm ki, mənə konkret vəzifə versin ki, lazım olan addımları atım. Heç birinə cavab verməyib”.
Xocalı Soyqırımının əsas təşkilatçılarından biri olan sözügedən şəxs yalan danışmaqdan da çəkinməyib və o, Xocalıda soyqırım olmadığını iddia edib. “Azərbaycan heç vaxt sübut edə bilməyib ki, Xocalıda soyqırım olub. O, ümumiyyətlə olmayıb. İtkin düşənlərin reallığa yaxın olmayan rəqəmləri dərc olunur. Azərbaycan bundan siyasi məsələ kimi istifadə edir”.
Balasanyan sərhədlərin demarkasiya və delmitasiyası məsələsinə də toxunub. “Bu gün demarkasiya ola bilər. Lakin həmin sənədi heç kim ratifikasiya etməyəcək”.
Tribunainfo.az xəbər verir ki, Vitali Balasanyana erməni politoloqlarından cavab gecikməyib. Belə ki, politoloq Styopa Səfəryan onu ələ salaraq, “Bir vaxtlar Qarabağı “xilas” etdiyiniz kimi, Ermənistanı da “xilas” edəcəksinizsə, özünüzə qalsın. Biz istəmədik” deyib.
Erməni politoloq separatçıları məşhur erməni terror təşkilatı olan “Sasna Tser”lə əlaqə qurmaqda da ittiham edib. “Sizin “Sasna Tser” təşkilatı ilə danışıq aparıb, onlarla birlikdə olmağınıza təəccüb eləmirəm. Çünki mahiyyətiniz eynidir”.