Balakəndə dağlarda əməliyyat keçirilib: Saxlanılanlar varbackend

Balakəndə dağlarda əməliyyat keçirilib: Saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Balakəndə dağlarda əməliyyat keçirilib, narkotik plantasiyası və çoxlu sayda odlu silah-sursat aşkar edilib.

Tribunainfo.az xəbər verir ki, Balakən rayonunda Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

Keçirilən əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ucqar dağlarda yerləri müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Həmçinin, 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası götürülərək aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı isə törətdiyi cinayətə görə barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompyuterləri oğurlayan İzzət Məsiyev saxlanılıb.
Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.