“Azərenerji” ASC 110/35/10 kV-luq “Naxçıvan” YS-nın yenidən qurulması, Naxçıvan enerji baş idarəsinin tikintisi və 110/35/10 kV-luq “Çeşməbasar” YS-nın yenidən qurulması üçün elan etdiyi tenderə yekun vurub.
Tribunainfo.az “PostMedia” -a istinadən xəbər verir ki, müsabiqənin qalibi “Azconstruction” QSC olub.
Qalib şirkətə 46 milyon 829 min 51 manat 18 qəpik ödəniləcək.
Qeyd edək ki, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevdir.
Xatırladaq ki, 2024-cü il oktyabrın 5-də Azərbaycan Baş Nazirinin imzaladığı sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan edilib.