İki gün əvvəl ailə quran gənc qadın bal ayı üçün gəldiyi Kapadokyada dünyasını dəyişib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, Sivasda evlənən Nazlı Can Göksu (21) və əri Nuri Anıl Göksu bal ayı üçün Kapadokyaya gəliblər.
Əri ilə Ürgüp mahalının Ortahisar qəsəbəsindəki oteldə məskunlaşan Nazlı Can Göksu gecə saatlarında xəstələnib.
Xəbəri alan qruplar Göksu Ürgüp Dövlət Xəstəxanasına aparıb. Göksu burada xilas etmək mümkün olmayıb.
İlkin yarılmada infarkt keçirdiyi təsbit edilən Göksunun cənazəsinin Sivasın Gemerek mahalının Sızır qəsəbəsində torpağa veriləcəyi öyrənilib.