BakuBus-dan istifadə edənlərə ŞAD XƏBƏR

BakuBus-dan istifadə edənlərə ŞAD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk olaraq qeyd etmək istəyirəm ki, “BakuBus” olaraq sərnişinlərimizə rahat, təhlükəsiz və müasir xidmətlər təqdim etməyə çalışırıq. Bu çərçivədə hava limanı ekspres xətlərimizdə internet xidmətini (Wi-Fi) istifadəyə verdik. Artıq sərnişinlərimiz bu xidmətdən istifadə edə bilərlər”.

Bu sözləri  “BakuBus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva bildirib.

“BakuBus”ın rəsmisi əlavə edib ki, bu yeniliyi məhz hava limanı xəttimizdə tətbiq etməyimizin əsas səbəbi, ölkəmizə gələn qonaqların və ya vətəndaşlarımızın rahatlığını təmin etməkdir:

“Bildiyiniz kimi, bir çox insan ölkəyə daxil olduqdan dərhal sonra rominq xidmətinə qoşula bilmir və internetə çıxış əldə etməkdə çətinlik çəkir. Bizim məqsədimiz məhz bu çətinliyi aradan qaldırmaq və sərnişinlərimizə hava limanından şəhərə qədər rahat bir səyahət təmin etməkdir.

Eyni zamanda qeyd edim ki, bu xidmət hava limanı xəttində bir pilot layihə olaraq başladıldı. Növbəti mərhələdə 2025 ci il ərzində BakuBus-un şəhərlərarası xətlərində də Wi-Fi xidmətini istifadəyə verməyi planlaşdırırıq. Şəhərdaxili xətlərdə isə bu xidmətin tətbiqi üzərində müzakirələr davam edir.

Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır və buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu yükün mənbələri tapılmalıdır. Eyni zamanda texniki məsələlərin həllinin optimal yolu seçilməlidir. Hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaqdır.

Son olaraq onu deyim ki, sərnişinlərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir. Bu istiqamətdə innovativ addımlar atmağa davam edəcəyik”.