backend

“BakuBus” da KONDİSİONERLƏR NƏ VAXT İŞLƏYƏCƏK?-ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir. 

Havalar isindikcə ictimai nəqliyyatdan istifadə edənləri narahat edən başlıca problem avtobuslarda kondisioner sisteminin nə vaxt işləyəcəyidir.

 Havaların isti keçdiyi günlərdə ictimai nəqliyyatdan istifadə edən vətəndaşları narahat edən başlıca problem marşrut avtobuslarında kondisioner sisteminin olmasına baxmayaraq, sürücülərin onu qoşmamasıdır. Xüsusilə də avtobusların salonları sərnişinlərlə həddindən artıq yüklənən zaman problem daha da böyüyür.

Bununla yanaşı, bəzi nəqliyyat vasitələrinin pəncərləri tam açılmadığı üçün avtobusun içərisinə az hava daxil olur. İçəridə təmiz hava azaldığından sərnişinlər buna narazılıq edir. 

Digər bir problem isə əksər avtobusların ümumiyyətlə kondisioner sisteminin olmamasıdır.

“Baku Bus” və bir neçə şirkətdə fəaliyyət göstərən avtobuslar kondisioner sistemi ilə təchiz edilsə də, deyəsən, bu hamısına şamil olunmayıb.

Elə sərnişinlərlə sürücü arasında yaranan mübahisəyə səbəb də avtobusda sürücülərin kondisioneri işlək vəziyyətə gətirməməsidir.

Sosial şəbəkə istifadəçiləri də avtobuslarda kondisionerlərin işləməməyindən gileyləniblər.

TİA.AZ sosial şəbəkə istifadəçisi Samir Azerin şikayətini dərc edir:

 “Bakubus avtobuslarında son zamanlar soyuducu sistemində problemlər yaranıb. Sürücüyə bununla bağlı sual verdikdə, sadəcə “işləmir” cavabı verir. Kondisioneri işləməyən avtobusu xəttə nə üçün buraxdıqları ilə bağlı məlumat almaq üçün 077 2505757 nömrəsinə zəng etdim, zəngə cavab verilmədi. Sürücü “bu nömrə ilə əlaqə saxlayın” deyib dəftərdə bir nömrə də göstərdi. Təbii ki, sonradan təklif olunan nömrənin planlaşdırılmış olduğuna böyük ehtimal var.

Yayın qızmar istilərində və pik saatlarda avtobusdakı sərnişinlər necə nəfəs alsın? Nəzərə alsaq ki, Bakubus şirkətinə məxsus avtobuslarda içərini lazımi qədər havalandıran, açıla bilən pəncərə sayı həddən artıq azdır.
Belə görünür ki, avtobusa minməzdən öncə “hansı ünvana getdiyini” soruşmazdan əvvəl, “kondisioner işləyir?” sualını vermək lazımdır”.


İlahə