“BakuBus” cərimələndi… – Min manatdan 25 min manatadəkbackend

“BakuBus” cərimələndi… – Min manatdan 25 min manatadək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək qanunvericiliyini pozan “BakuBus” MMC cərimələnə bilər.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “BakuBus”la barəsində inzibati xəta haqqında icraat başladılıb. MMC İnzibati Xətalar Məcəlləsinin siyasi, sosial və əmək hüquqları əleyhinə olan maddəsinin tələbini pozub.
Belə ki, “BakuBus”un pozduğu 192.1-ci maddəyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edib.
Pozuntu faktına görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
MMC-nin işinə 8 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrliyi baxılacaq.