Dəfələrlə qaydaları pozan “Baku Steel Company” ilə bağlı növbəti dəfə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, QSC bu dəfə də İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Baku Steel Company” ilə bağlı başladılmış işə Nərimanov Rayon Məhkəməsində 3 iyul tarixində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.
Roman