“Baku Medical Plaza”: “Zenfira İbrahimova mayın 29-da klinikamızda əməliyyat olunub”

“Baku Medical Plaza”: “Zenfira İbrahimova mayın 29-da klinikamızda əməliyyat olunub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimovanın fikrindən daşınması ilə bağlı məlumat yalandır.

Bu sözləri açıqlamasında “Baku Medical Plaza” klinikasından bildiriblər.

Açıqlamada deyilir: “Baku Medical Plaza” olaraq bildiririk ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət edib və bu əməliyyat xəstəxanamızda reallaşıb. Müğənni Zenfira İbrahimova mayın 29-da klinikamızda plastik cərrah Dr. Siruz Qoçxani tərəfindən abdominoplastika əməliyyatı olunub. Vəziyyəti qənaətbəxşdir. Özünü çox yaxşı hiss sedir. Sabah evə yazılacaq. Bu barədə müğənni özü də sosial şəbəkələrdə paylaşım edib.

Müğənninin əməliyyat olunmaq fikrindən daşınaraq əməliyyat otağından qaçması tamamilə yalandır. Medianın gündəmdən istifadə edərək, oxucu yığmaq üçün uydurduğu bu yalan klinikamızın işgüzar nüfuzuna xələl gətirir. Bu cür yoxlanılmamış, əsassız məlumatlar yayılmaqda davam edərsə hüquqi addımlar atmağa məcbur olacağımızı bəyan edirik. Jurnalistlərdən xahiş edirik, daxil olan məlumatları dəqiqləşdirmədən ictimailəşdirməsinlər. Bunun üçün isə aşağıdakı vasitələrdən istifadə edərək bizimlə əlaqə saxlasınlar:

0552250029

[email protected] ”