“Baku media agency” MMC və “Aktual” ictimai-siyasi qəzeti məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, Bakı Kommersiya Məhkəməsinə müraciəti “Elatus” şirkəti edib.
Mahiyyəti işguzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr olan iş hakim Zaur Pirverdiyevin icraatındadır. Baxış iclası aprelin 8-də keçiriləcək.