“Baku Elektroniks”in “Super Cümə” endirimləri ilə bağlı narazılıq yaranıb.
Pravda.azxəbər verir ki, sosial şəbəkədə paylaşım edən müştərilərdən biri endirimdə almaq istədiyi məhsulun 100 manat da bahalaşdığını deyib.
“Qabyuyan seçdim, almaq qərarına gəldim. Elə həmin gün də “Super Cümə” reklamını gördüm. Noyabrın 20-də həmin məhsul endirimə düşəcək deyə reklam verilmişdi. Düşündüm ki, gözləyim, 20-də məhsulu alım, bəlkə, 100-150 manata qənaət etmiş olaraq. Sonra baxıram, nəinki qiymət düşməsi, hətta qiymət artımı olub. Seçdiyim məhsul 100 AZN də bahalaşıb və buna “Super Cümə endirimi” deyirlər”, – müştəri bildirib.
Yayılan şikayətlə bağlı “Baku Elektroniks”in verdiyi açıqlamada isə bildirilib ki, məhsulun qiyməti əvvəlki kimi qalıb: “Qiymət 1399.99 AZN olaraq qalır. “E-Fest” kampaniyası çərçivəsində 500 AZN endirim tətbiq olunmuşdu, “Super Cümə” kampaniyasında isə 400 AZN endirim ediləcək. Məhsulla maraqlanırsınızsa, sizə ən uyğun şərtlərlə və münasib qiymətlə təklif təqdim edə bilərik…