“BAKU ELECTRONİKS” MÜŞTƏRİYƏ EKRANI QIRIQ TELEVİZOR SATDI… “ƏLAVƏ ÖDƏNİŞ ET, EKRANI DƏYİŞİM” – ŞİKAYƏTbackend

“BAKU ELECTRONİKS” MÜŞTƏRİYƏ EKRANI QIRIQ TELEVİZOR SATDI… “ƏLAVƏ ÖDƏNİŞ ET, EKRANI DƏYİŞİM” – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında “Baku Electroniks” mağazasının Nərimanov filialından 1600 manat ödəyib aldığım televizorun ekranında çat olmasına baxmayaraq, mağaza nə məhsulu geri götürür, nə dəyişir, nə də pulumu qaytarır.

Bu barədə Tribunainfo.az-a Xəyal Məmmədov göndərdiyi şikayət məktubunda yazıb. Şikayətçi bildirib ki, aldığı televizorun ekranındakı çatı məhsul evə gətiriləndən sonra görüb və dərhal da mağazaya bildirib:

“Televizoru evə mağazanın öz əməkdaşı gətirdi və kobud şəkildə qutusunu açıb təkbaşına qutudan çıxardı. Halbuki o ağırlıqda olan televizorun tək qutudan çıxarılması düzgün deyil. Bu işləri tələsik edib bizim yoxlamağımız üçün cərəyana taxdı. Ilk baxışdan problemsiz görünsə də, biz televizora rahat baxa bilmədik və əməkdaş yenidən televizoru öz qutusuna yerləşdirdi.

Əməkdaş gedəndən sonra biz televizoru qoyacağımız yerə gətirib ayaq hissələrini taxdıq. Televizoru yandırandan sonra ekranında çat olduğunu gördük və dərhal mağazaya bildirdim. Bizə aldığımız filiala yaxınlaşmağımızı dedilər. Həmin filialda məhsulu bizdən alıb texniki baxışa apardılar və bizə məlumat verəcəklərini dedilər”.

Şikayətçi bildirib ki, “Baku Electroniks” filialında yoxlanışdan sonra ekranın yenilənməsi üçün onlardan əlavə olaraq 1100 manat pul tələb ediblər:

“Bildirdilər ki, ekranın qırılmasında günahkar bizik və əlavə ödəniş etməsək təmir edilməyəcək. Mən televizor üçün 1600 manat ödəmişəm, indi də əlavə 1100 manat niyə ödəməliyəm? Üzərindən iki aydan çox vaxt keçib. Nə televizorun ekranını düzəldirlər, nə məhsulu dəyişirlər, nə də pulumu geri qaytarırlar”.

Mövzu ilə bağlı qarşı tərəfində fikirlərini işıqlandırmağa hazırıq