“Baku Electronics, bu əməlinizə görə Antiinhisar və digər müvafiq yoxlamaları üstünüzə gətirməsə, sakitləşməyəcəm. Söhbət puldan getmir, insanları gic yerinə qoymaqdan gedir”. Tribunainfo.az bildirir ki, müştəri Tofiq Mehdiyev bu şikayəti qeyd edib.
Onun sözlərinə görə, qısa məzmun belədir: “14 pro max 1 il zəmanəti bitməmiş texniki problem yaşandı.
Servisə verdim, məndən 6 gün sonra zəng edib 40 manat pul istədilər ki (!) format etsinlər. Siz görün nə qədər insanları avam yerinə qoyursuz ki, sizə deyirəm “Zarafat edirsiz? Formata? 40 manat?” mənə deyirsiz “Yox orada qeyri adi format etmək lazımdır. Aktiv qarantiyam ola-ola. Savadı olmayan və ya sizə inanan insanları barmağınıza dolayaraq ağlınız gedib deyəsən. Heç nədən də çəkinmirsiz.
Kim bilmirsə, İphone format olunması üçün telefon kabel vasitəsilə notebookdan pulsuz İtunes proqramı vasitəsi ilə format olunur və buna sadəcə 5-7 dəqiqə vaxt lazımdır ki, heç bir resurs sərf edilmir”.