“Baku Electronics”dən şikayət varbackend

“Baku Electronics”dən şikayət var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics”dən 2 il öncə məişət texnikası alan Çinarə Alıyeva adlı xanım peşman olub.

Tribunainfo.az xəbər verir ki, şikayətçi aldıöı məhsuldan narazı qalsa da, nə servisə düzəltdirə bilir, nə də qaytara bilir:

“Təxminən 2 il öncə “Baku Electronics”dən kondisioner almışıq (Yoshiro). Qışda istilik vermirdi, səs salırdı. Zəmanətlə gəlib düzəltdilər, yenə də xarab oldu, 2-3 dəfə gəlib getdilər düzəldi. İndi isə soyutma rejiminə qoşmuşuq, suyu içəri verir, bütün evi su basır. belə brakovınnıy malları niyə satırlar camaata, bilinmir”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar