“Baku Electronics” müştəriyə qızıl zəmanətlə zay məhsul satdı – Foto

“Baku Electronics” müştəriyə qızıl zəmanətlə zay məhsul satdı – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics” müştəriyə qızıl zəmanətlə satdığı saç feni xarab olub. Məhsula qızıl zəmanət üçün əlavə ödəniş edilsə də, mağaza məhsulu nə dəyişir, nə də geri qaytarır.

Tribunainfo.az xəbər verir ki, bu barədə sosoail şəbəkələrdə aldadıldığını iddia edən müştəri Firuzə Vahid yazıb. O bildirib ki, feni mağazanın servisinəı veriblər, ancaq fen yenə də çalışmır:

“Şikayətim “Baku Electronics” mağazasındandır. Mağazanın Nərimanov filialından 14 fevral tarixində Daraqlı fen – Philips Air Styler 3000 Series BHA310/00 almışıq. Feni alanda mağazanın əməkdaşları məcburi əlavə 60 manat ödənişlə qızıl zəmanət aldırıblar. Fen çox işlənməyib, adətən daraqlı başlığı ilə qurutmada istifadə olunub. Amma buna baxmayaraq, qısa müddət ərzində başlığı xarab olub. Qızıl zəmanətlə mağazaya yaxınlaşmışıq və bizə servisdə düzəldiləcəyi deyilib. Bu fenin düzəlməsi üçün taksilərə verilən pulu da saysaq, indiyə qədər nə qədər pulumuz çıxıb. Gedib feni götürmüşük və fen düzəldilməyib. Sadəcə bir başlığı əridilib. Belə dələduzluq olmaz.
“Baku Electronics”, o qızıl zəmanəti niyə müştərilərə yalandan satırsınız?! Mağazanı Antiinhisara da şikayət edəcəm, sadəcə bura yazıram ki, bu dələduzları hamı tanısın”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul