“Baku Electronics”in məhkəməsidir – 6 min manat cərimələnəcək

“Baku Electronics”in məhkəməsidir – 6 min manat cərimələnəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baku Electronics”istehlakçı hüquqlarını pozduğuna görə cərimələnə bilər.

Tribunainfo.az xəbər verir ki, məişət texikası və əşyalarının satışını həyata keçirən “Baku Electronics” İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsinin tələbini pozub.
Tələbi pozulan maddəyə əsasən qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

“Baku Electronics”in işinə bu gün, 3 aprel tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar