“Baku Electronics” mağazası müştərinin alıb narazı qaldığı məhsulu geri götürmədiyi və dəyişmədiyi üçün cərimələnib. Cərimə protokolu “Baku Electronics”in Nərimanov filialına qarşı tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 444.2-ci maddəsini pozub. Belə ki, “Baku Electronics” satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
İşə 2 may tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar