“Baku Electronics”dən telefon alan müştəri narazıdır. O iddia edir ki, mağaza ona xarab telefon satıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə müştəri Lamiyə Camal sosial şəbəkədə yazıb. Onun sözlərinə görə, aldığı telefon 6 aydı işləmir:
“Aldığımız telefon 6 aydı işləmir. Şəbəkə işləmir. Heç bir tədbir də görmürlər. 2 aydı müraciətmizi sadəcə yola verirlər. Başqa adı yoxdur. Oktyabrda məhsulun zəmanəti bitəcək. O vaxta kimi vaxt uzadırlar. Ya poçta göndərirlər, ya “Aztelecom”a yönləndirib başlarından atırlar. İstehlakçı hüquqlarına müraciət edəcəyəm. Neçə aydı boş-boşuna aylıq kredit ödəyirik”.
Narazı vətəndaşın şikayətinə “Baku Electronics”dan mal alan digər müştərilər də qoşulub. Onlar da bildirib ki, belə halla dəfələrlə qarşıblar.
Şikayətçi Abuzər Əbilov da bildirib ki, ”Baku Electronics”dən uzaq durmaq lazımdır:
“Xidmət, servis sıfırdır. Malların çoxu təmirdən sonra təzə adı ilə satışa çıxarılır”.
Şikayətçinin iddiası ilə bağlı sözügedən mağazalar şəbəkəsindən açıqlama da verilib. “Baku Electronics”dan bildirilib ki, qısa zamanda ətraflı məlumat veriləcək:
“Qarşılaşdığınız hal ilə bağlı təəssüf hiss keçiririk. Müraciətiniz tərəfimizdən qeydiyyata alınıb və araşdırılır. Qısa zamanda sizə ətraflı məlumat təqdim olunacaq”.
Gülşən Rəsul