BakTelekomu seçən TV rəhbəri peşman oldu – Şikayətbackend

BakTelekomu seçən TV rəhbəri peşman oldu – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakTelekom, səni zəlil qalasan! Yanvarın sonundan əvvəlki internet provayderlə müqaviləni dayandırıb, bunlarla müqavilə imzalamışıq. Kefimizdən deyil, əlbəttə. Yaratdığı problem üzündən. Düz deyiblər, pisi görməsən yaxşının qədrini bilməzsən. Aya 40 manat ödədiyimiz BakTelekom üst-üstə elə 40 gün xidmət göstərir. Bu 40 gündə 40 dəfə gəlib-gediblər. İki dəfə modem dəyişiblər, indi üçüncü modem dalınca gediblər görək məsələni həll edə bilirlərmi?”

Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist, “LAF TV” internet televiziyazının rəhbəri Ləman Ələşrəfqızı yazıb. O bildirib ki, BakTelekomun əməkdaşları problemin nədən ibarət olduğunu belə bilmirlər:

“Saat 16.00-da LAF TV-də canlı yayıma çıxmışam. 5-6 dəqiqədən sonra baxdım ki, internet getdi. Söz ağzımda qaldı. Saat 5-ə qalmış adam göndəriblər. Düz iki saatdır bu adam əlləşir-vuruşur nə baş verdiyini anlamır. Soruşuram ki, heç olmasa bir ehtimalın varmı? Deyir, yox, hələ ömrümdə belə problem görməmişəm. Məsələ burasındadır ki, “müdir” dediyi xəttin o başındakı adam da heç nə bilmir. Onun da internetdən xəbəri yoxdur. Ciddi-ciddi soruşuram ki, bəlkə falçı -zad çağıraq? Elə üzümə baxır.
İndi gedib ayrı modem gətirməyə. Mən də oturub gözləyirəm. Normal ölkələrdə yəqin bu şirkətin əməkdaşlarını fermaya göndərərdilər get təbiətin qoynunda qoyun-quzu otar deyə. Bizə isə məsləhət görərdilər ki, məhkəməyə ver, təzminat al.
Hələ gözləyirəm.
Bu ölkədə deyəsən bir Nazirlik də var, nazir də. Onlardan soruşuram: interneti hardan alaq???”.

Qarşə tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar