Bakı Telefon Rabitə (Baktelekom) və Aztelekom şirkətləri tenderlərinin qaliblərini açıqlayıblar. Tribunainfo.az xəbər verir ki, hər iki dövlət qurumu şəxsi mühafizə avadanlığı almağı qərarlaşıdırblar.
Qeyd edək ki, “Baktelekom” və “Aztelekom” hər ikisi eyni şirkətlə satınalma müqaviləsi bağlayıblar. “STAR UNİFORM” MMC ilə “Baktelekom”un satınalma müqaviləsinin məbləği 102.290,01 manat, “Aztelekom”un isə müqaviləsinin dəyəri 156.913,69 manat təşkil edir.
Tenderin nəticələrinə əsasən hər iki şirkət MMC-dən şəxsi mühafizə avadanlığı adı altında geyimlər alırlar. “STAR UNİFORM” MMC geyim istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Hazırda Sumqayıtda fəaliyyət göstərən MMC-nin sabiq iqtisadiyyat naziri Fərhad Əliyevlə əlaqəli olduğu deyilir.
Lakin burada maraqlı məqam odur ki, hər iki dövlət qurumu geyim firmasından niyə şəxsi mühafizə avadanlığı alırlar? İkinci məqam isə odur ki, geyim nə zamandan “şəxsi mühafizə avadanlığı” olub?