Novruz bayramında bu il də Azərbaycana çoxlu xarici turist gəlib. Turistlər əsasən Novruz Festivalına maraq göstəriblər. Rayonlara üz tutanlar da az deyil.
Novruz bayramında bu il də Azərbaycana çoxlu xarici turist gəlib. Turistlər əsasən Novruz Festivalına maraq göstəriblər. Rayonlara üz tutanlar da az deyil.
Bir yandan Bakının gözəlliyi, digər tərəfdən Novruz festivalının təntənəsi xarici turistləri Azərbaycana cəlb edib. Mart ayı əcnəbilərin ölkəmizə ən çox üz tutduğu vaxtlardandır. Şəhərdə müxtəlif ölkələrdən vətənimizə üz tutmuş turistləri görmək mümkündür.
Ənənəvi olaraq iranlı turistlər də Novruzu Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu il də şəhərdə, xüsusilə Novruz festivalında kifayət qədər İranlı turistlər görmək mümkündür.
Yay aylarında olduğu kimi Azərbaycan bu günlərdə də ərəb turistlərin əsas seçimlərindən olub.
Novruz festivalında turistlərə xidmət etmək üçün könüllülər də fəaliyyət göstərir. Turistlər paytaxtla yanaşı, regionlara da üz tutublar. Təbiət həvəskarı turistlər isə ən çox Şəkini seçiblər.
Xarici turistlər növbəti Novruz bayramlarını da Azərbaycanda keçirmək istədiklərini deyirlər.