Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin aşağı palatasının Xarici Əlaqələr və Beynəlxalq İnkişaf Komitəsinin sessiyasında bildirib ki, Bakıya qarşı sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi səylərinə zərbə vura bilər.
Tribunainfo.az xəbər verir ki, “Biz heç kimin sanksiyalar yolunu seçdiyini görməsək də, Fransanın hərbi dəstək ehtimalı ilə bağlı açıqlamalarının şahidi olduq.
Bu, Azərbaycanı sülh prosesinin irəliləyişinə töhfə verə biləcək planlaşdırılan beynəlxalq görüş və müzakirələrdən imtina etməyə məcbur etdi”, – deyə o qeyd edib.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli ötən həftə İrəvanda Azərbaycana qarşı sanksiyalar məsələsinin artıq “masanın üstündə” olduğunu bildirib.