“Cənab 5 faiz” (“Mr Five Per Cent”) kimi tanınan erməni əsilli britaniyalı biznesmen Calouste Sarkis Gulbenkian-ın (1869-1955) Avropanın varlı iş adamlarından biri olub. İraq neftinə birincilər sırasında əl qoyub. 1956-cı ildə Portuqaliyada onun adına (The Calouste Gulbenkian Foundation) fond yaradılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli paylaşıb. O bildirib ki, 2020-ci ildə bu fond təbiətin müdafiəsi ilə bağlı (Gulbenkian Prize for Humanity) 1 milyon avro (£900,000) ödənilməklə öz mükafarını 17 yaşlı Greta Thunberg-ə təqdim edib:
“Elə o vaxtdan da erməni lobbisi Greta Thunberg-i Türkiyə və Azərbaycana qarşı təbliğat müharibəsində silah kimi uğurla istifadə edir. Bizim bəzi sadəlövhlər isə onu əsl demokrat kimi qələmə verir”.
Xatırladaq ki, Thunberg COP29 günlərində Tiflisə gələrək, Azərbaycana qarşı etiraz aksiyası keçirib. Daha sonra o İrəvana gedərək, Azərbaycana qarşı konfransa qatılıb, həmçinin qondarma “erməni soyqırımı” abidəsi önündən foto paylaşıb.
Roman