Bakıya qarşı gedən “cırtdan” Lüksemburq haradır?backend

Bakıya qarşı gedən “cırtdan” Lüksemburq haradır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

Tribunainfo.az Lüksemburq haqqında araşdırmanı təqdim edir.

Qərbi Avropa ölkələri arasında yer alan Lüksemburq 2586 kvadrat kilometr əraziyə malikdir. Avropanın ən kiçik ölkələrindən biridir və rifah səviyyəsi ən yüksək olan ölkələr arasında 12-ci yerdədir. Ölkənin rəsmi adı Lüksemburq Böyük Hersoqluğudur.

Lüksemburq bayrağı qırmızı, ağ və mavi rənglərdə olan üç üfüqi zolaqdan ibarətdir. Qırmızı rəng müharibədə tökülən qanı, ağ rəng isə sülh və firavanlıq rəmzidir. Fransa bayrağından ilhamlanan bayraqda mavi rəng Fransaya həsr olunub. İki ölkənin bayraqları arasındakı yeganə fərq Fransa bayrağındakı zolaqların şaquli olmasıdır. Roma Alman İmperiyası dövründə qurulan Lüksemburqun tarixi 10-cu əsrə gedib çıxır. Ölkənin ən məşhur şəhərləri Strassel, Finden, Esch Sur Alzette və Diekirchdir. Ölkədə urbanizasiya səviyyəsi kifayət qədər yüksəkdir və ticarət, turizm və sənaye yüksək inkişaf etmişdir. Son 20 ildə təhsil və səhiyyə sektorlarında irəliləyiş əldə edən Lüksemburq işsizlik səviyyəsinin ən aşağı olduğu Avropa ölkələrindən biridir. Qərbi Avropa ölkəsində adambaşına düşən milli gəlir 113 min 594 dollardır.

Avropa qitəsinin qərbində yerləşən Lüksemburq üç güclü Avropa ölkəsi ilə həmsərhəddir. Ölkənin şimal-şərqində Almaniya, qərbində Belçika, cənubunda Fransa yerləşir.

Lüksemburqun ümumi əhalisi 654,768 nəfərdir. Əhalinin illik artım tempi 2,32% olan ölkənin orta yaşı 39-dur. Avropanın iqtisadi və turizm paytaxtı olaraq təyin olunan Lüksemburq Avropa və Asiya ölkələrindən immiqrasiya qəbul edir. Bir kvadrat kilometrə 207,6 nəfərin düşdüyü Qərbi Avropa ölkəsində əhalinin əksəriyyəti şəhərlərdə yaşayır.

Lüksemburqun pul vahidi avrodur. Ölkə Avropa Birliyinin qurucu üzvlərindən biri olduğu üçün avro valyutasını istifadə edən ilk Avropa ölkələrindən biri olmuşdur. 1854-1999-cu illər arasında dövriyyədə olan pul vahidləri Lüksemburq frankı idi.

Kosmopolit quruluşa malik Lüksemburqda bir çox Avropa dilləri danışılır. Ümumilikdə üç rəsmi dili olan nadir ölkələrdən biridir. Ölkənin rəsmi dilləri Lüksemburq, Alman və Fransız dilləridir. Məhkəmələr və parlament kimi rəsmi qurumların yazışmaları fransız dilində aparılır. Katolik kilsəsinin də dili olan alman dili məktəblərdə ən çox tədris olunan dildir. Ölkədə danışılan digər Avropa dilləri italyan və portuqal dilləridir.

 

Dəniz Pənahova