backend

“Bakıya gətirilən ermənilərdən hər şey gözləmək olar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi ermənilərin Azərbaycana gətirilməsinə heç kim haqq qazandıra bilməz. Tam sülh əldə olunmamış ermənilərin ölkəmizə gətirilməsi ümumiyyətlə düzgün deyil.  “İndi ermənilərin Azərbaycana gətirilməsinə heç kim haqq qazandıra bilməz. Tam sülh əldə olunmamış ermənilərin ölkəmizə gətirilməsi ümumiyyətlə düzgün deyil. 

Ermənilərin Azərbaycanda 30 mindən çox nümayəndəsi var və onların da haralarda işlədiyini dəqiq bilmirik. Onlardan hər şey gözləmək olar, gəlib buradan kimlərəsə xüsusi məlumatlar ötürə, təxribatlar törədə bilərlər. Necə ki, qardaş Türkiyədə törədirlər. Əminliklə deyirəm ki, Türkiyədəki terrorların çoxunun arxasında ermənilər dayanır. Erməni Artur adını qoymasa belə ermənidir. Hakan, Ömər və s. Türk adları daşıyan ermənilər Türkiyəni dağıdırlar.”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, tibb elmləri namizədi Rəşid Mahmudov son vaxtlarda Bakıya ermənilərin gətirilməsinə münasibət bildirərkən deyib.
R.Mahmudov daha sonra erməniləri Azərbaycana gətirənləri qınayıb:
“Bir daha qeyd edirəm ki, ermənilərin Azərbaycana gətirilməsi düzgün deyil, ən azı sülh əldə edilənə qədər. Mən bir Azərbaycan ziyalısı olaraq bunu edənləri qınayıram. Dünyada bütün müharibələrin axırı sülhlə bitib. Ermənilər lap əvvəldən bizimlə müharibə etməklə səhv elədilər. Biz qonşuyuq, nə ermənilər oradan köçəsi deyil, nə də biz buradan köçəsi deyilik”.